“Boyunu yerə soxduqlarım yanıma gəlmir!” – Meyxanaçı Xəyyam OD PÜSKÜRDÜ(VİDEO)

“Boyunu yerə soxduqlarım yanıma gəlmir!” – Meyxanaçı Xəyyam OD PÜSKÜRDÜ(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəkər xəstəsi idim, görünür, bir az da özüm laqeyd yanaşdım. Yeni ürək köçürülməlidir, başqa nə deyim… Bütün işlərim yarımçıq qaldı. Əsas özüm sağalım, o da düzələr”.

Bu fikirləri “Kulis.az”a müsahibəsində uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli səsləndirib.

“Özüm özümlə danışıram. Nə danışım, bunu mən və özüm bilirəm. İkimizin arasında sirrdir. Dava edirəm özümlə. Başım daşdan daşa dəyəndən sonra çox şeyi anladım, peşman oldum. Hərəkətsizlik, düzgün olmayan qidalanma, yuxusuzluq, nəticə etibarilə gəldi belə oldu. Meyxana cameəsində hamının işlərini mən görmüşəm, amma heç yerdə adımı çəkməyiblər. Birindən bircə dəfə küssəydim, bəlkə, o birilər dərs götürərdilər. Özümü heç vaxt gözə soxan adam olmamışam. Camaat olmayan işi öz adına yazır. Mən öz işimi deməmişəm. Trendə düşüb elə lovğalanırlar, sanki qızıl fonda düşüblər. 3-4 gün sonra unudulacaq bu trend. Sağlığımda heç kim maraqlanmadı, yıxılandan sonra gəlirlər. Boynunda haqqım olan boyunu yerə soxduqlarımdan heç biri yanıma gəlmir” – deyə o bildirib.

Müsahibənin tam versiyasını təqdim edirik: