XARİCƏ GÖNDƏRİLƏN MİN MANATLIQ BAĞLAMANI AZƏRPOÇT İTİRDİ… – ŞİKAYƏTbackend

XARİCƏ GÖNDƏRİLƏN MİN MANATLIQ BAĞLAMANI AZƏRPOÇT İTİRDİ… – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərpoçt vətəndaşın Amerikaya göndərdiyi dəyəri 1000 manatdan yüksək olan “Apple Watch 7” markalı saat “itirib”. Marka saat nə ünvanına çatıb, nə də sahibinə geri qaytarılır.

Tribunainfo.az yazır ki, bu barədə sosial şəbəkədə yazılıb. Adını açıqlmayan vətəndaş bildirib ki, Azərpoçt itirdiyi bağlamasına görə on cəmi 128 manat kompensasiya ödəyib:

“2022 Noyabr tarixində 1 saylı Azərpoçtda “Apple Watch 7″ saatını US-ə göndərmək üçün poçtun əməkdaşı İlhamə xanıma təhvil verdim və qiymətli olduğunu bildirdim. Hər hansı qiymət siyahısı olmadığı üçün şifahi məlumat verdi və sadəcə çatdırılma tarixinə və izlənməsinə görə qiymət dəyişəcəyini dedi. Yəni kargomu izləyəbilmək üçün də əlavə ödəniş etdim.

Amma nə izləyə bildim, nə məhsuldan xəbər aldım, zəng etdiyimdə də 1 ay gözləyin sonra əlaqə saxlayın dedilər.

Qısacası nə məhsuldan xəbər oldu, nə düzgün məlumat verən oldu. Ən son idarə heyətinin rəhbərilə əlaqə saxladım, bir neçə ay sonra məhsulun itdiyini dedilər.

Məhsulun itməsi ya mənimsənilməsi də ayrı bir sualdır təbii ki, özlərinə də dedim. Mənə isə siz sığortasız göndərmisiz günah özünüzdədir dedilər, halbuki sığorta haqqında məlumat belə verməmişdilər bir neçə dəfə soruşmağıma rəğmən.

Uzun müddət zənglərdən sonra (6-7 ay sonra) cəmi 128 AZN kompensasiya ödəndi ödədiyim məbləğlə birlikdə. Məhsul ilə bağlı isə biri başqa gömrükdə, başqası isə tam ayrı gömrükdə itdiyini deyir, qısacası yoxa çıxmasına belə inanmıram”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.