Xankəndidə tələbə olmaq…Kim istəyir, kim yox – SORĞUbackend

Xankəndidə tələbə olmaq…Kim istəyir, kim yox – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ Universitetində təhsil almaq istəyi ilə bağlı 1153 nəfər arasında sorğu keçirdik. Onlardan 366 nəfər xanım, 232 nəfər bəy təhsil almaq istədiklərini bildirdi. 555 nəfər isə bəzi səbəblərdən dolayı təhsil almaq istəmədiyini bildirdi.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı təhsil üzrə ekspert Elçin Əifəndiyev paylaşıb. O bildirib ki, Qarabağ Universitetində təhsil almaq istəməyənlərin əsas gətirdikləri səbəb yaşayış yerini tərk etmək istəməmə, səhhət və sair ilə bağlıdır:

“Qarabağ Universitetinə dövlət tərəfindən xüsusi diqqət var. Qarabağ Universitetini seçnlər bilməlidir ki, ödənişsiz təhsil, ödənişsiz yataqxana, ödənişsiz kompüter təminatı, fərqli təyinatla bir neçə adda təqaüd alma imkanı, SABAH qruplarında təhsil, peşəkar müəllim kollektivi və s. kimi müsbət məqamlar tələbələrimizi gözləyir”.
Nigar