Xankəndidə doğulmuş Araik Azərbaycan vətəndaşı ola bilərmi? – Detallar

Xankəndidə doğulmuş Araik Azərbaycan vətəndaşı ola bilərmi? – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda məhv edilmiş separatizmin əsas liderlərindən biri olan Araik Aryutunyanın etirafları martın 28-də AzTV-nin efirində yayımlanacaq. Xunta başçısı bir günlük əməliyyat haqda əvvəlcədən məlumatı olub-olmadığına cavab verib. Tribunainfo.az bildirir ki, hazırda istintaq təcridxanasında olan Araik və digər separatçıların məhkəməsinin başlanması maraqla gözlənilir. İstintaqdan sonra onların məhkəmədə ifadələri dinləniləcək. Sonda hökm elan ediləcək. Onların əfv edilməsi gündəmdə olmasa da, Araikin Azərbaycan vətəndaşlığını qəbul etməsi ehtimalı səslənir. Çünki Araik Xankəndidə doğulub və bu şəhəri özünün vətəni sayır. O, peşman olduğunu etiraf edib və Azərbaycan vətəndaşlığını qəbul edərsə, dövlət bu məsələyə baxa bilər. Sadəcə, ilk növbədə özü müraciət etməlidir. Sonra cəzasını çəkməyə davam edəcək. Bundan sonra ailəsinin də Azərbaycana gətirilməsini xahiş edə bilər. Əgər Xankəndidə doğulubsa, Ermənistan vətəndaşlığı yoxdursa, Araikin müraciəti olacağı halda, bu iş dövlət rəhbərliyi tərəfindən baxıla bilər.
O, 1973-ci il, dekabrın 14-də Xankəndidə dünyaya gəlib. O, həm İrəvan, həm Qarabağdakı universitetdə təhsil alıb. Araik Birinci Qarabağ müharibəsində iştirak edib. Daha sonra Xankəndidə müxtəlif vəzifələrdə işləyib.

Roman