“WhatsApp”ın qurucusu: “İstifadəçilərin məlumatlarını satdım”backend

“WhatsApp”ın qurucusu: “İstifadəçilərin məlumatlarını satdım”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“WhatsApp” sosail şəbəkəsinin yaradıcılarından olan Brayn Aktnsosial şəbəkəni “Facebook”a satmasından danışıb.
Qaynarinfo xəbər verir ki, IT mütəxəssisi şirkətlə birlikdə istifadəçilərin məlumatlarını satdığını bildirib:
“O gün şirkətlə birlikdə həm də istifadəçilərin məlumatlarını satdım, bu qərarın hər gün yaratdığı yüklə yaşayıram”.
2009-cu ildə yaradılmış “WhatsApp”ın qurucularından olan Aktn 2014-cü ildə sosial şəbəkəni “Facebook”a 19 milyard dollar qarşılığında satıb.
Qeyd edək ki, bir müddət əvvəl “Facebook”un istifadəçi məlumatlarını “Cambridge Analytica” şirkətinə satması barədə informasiya yayılmış və bu, böyük səs-küyə səbəb olmuşdu. Brayn Aktn o dövrdə “#DeleteFacebook” (“Facebook”u sil) kampaniyasına dəstək vermişdi.