Vurulan Mi-8-in kapitanı rus hərbçiləri Ukraynanı tərk etməyə çağırdıbackend

Vurulan Mi-8-in kapitanı rus hərbçiləri Ukraynanı tərk etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz Telegram kanalında vurulan Mi-8 işğal helikopterinin kapitanın həmkarlarını müharibəni dayandırmağa və Ukraynanı tərk etməyə çağırdığı videonu yayıb.
TİA.AZ xəbər verir ki, bu barədə Unian-ın məlumatında deyilir.
“Rusiya Federasiyası vətəndaşlarına və həmkarlarıma müraciət etmək istəyirəm. Əziz dostlar, sizdən xahiş edirəm ki, bu hərəkətləri dayandırın və evə qayıdın.
Burada mülki vətəndaşlar, uşaqlar, qadınlar var, onların heç bir günahı yoxdur. Bir daha sizdən xahiş edirəm: yaxşı düşünün və evə qayıdın, bütün bunları dayandırın”, – deyə yaralı kapitan bildirib.