Votsap istifadəçiləri qrup söhbətlərini gizli tərk edə biləcəklərbackend

Votsap istifadəçiləri qrup söhbətlərini gizli tərk edə biləcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ani mesajlaşma və mübadilə sistemi votsapın (“WhatsApp”) tərtibatçıları qrup çatlarından çıxışla bağlı dəyişiklik edəcəklər.

TİA.AZ xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Belə ki, fərdi kompüterlər üçün messencerin beta versiyasının istifadəçiləri indi qrup çatlarını səssizcə tərk etmək imkanına malikdirlər. İstifadəçinin qrupu tərk etməsi barədə bildirişi yalnız administratorlar alacaq.

Hazırda qrupdan çıxışı bütün istifadəçilər görə bilir.

Hələlik bu funksiya yalnız kompüterlər üçün messencerin beta versiyasında mövcuddur, lakin gələcəkdə o, Android və iOS cihazları üçün Votsap test versiyasına əlavə olunacaq.