Vidadi İsayevin “sağ əli”nin korrupsiyası rəsmən ifşa olundu: Bərdə şefi müstəntiqə minnətçi düşdübackend

Vidadi İsayevin “sağ əli”nin korrupsiyası rəsmən ifşa olundu: Bərdə şefi müstəntiqə minnətçi düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayon İH-də şöbə müdiri işindən azad olunub. Buna səbəb onun Zümürxan kənd İcra nümayəndəsinin müavinindən pul tələb etməsi olub. Bu barədə danışan Zümürxan Kənd İcra Nümayəndəsinin müavini Elxan Bəşirov bildirib ki, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Zaur Bəylərov onu yanına çağıraraq pul tələb edib. Bu haqda cumhuriyyet.az-a daxil olan məlumata görə oğlunun avtoxuliqanlığı sayəsində evin tək oğlunun ölümünə səbəb olan və buna görə də Tərtərin icra başçısıinin 1-ci muavinliyindən qovulan, Tərtərdə “Bakuş” ləqəbi ilə tanınan Vidadi Bəylərovun qardaşı Zaur Bəylərova Elxan Bəşirov imkanı çatmadığından, xəstəsi olduğundan maddi sıxıntılar keçirməsini izah etməyə çalışsada qərar dəyişməz qalıb. Əks təqdirdə pul çatdırılmasa işdən azad olunmaqla hədələnib. Nümayəndə müavini zirəklik edərək arada olan danışığı telefonun yaddaşına köçürüb. Ertəsi gün Elxan Bəşirovun işdən azad olunması barədə əmr verilib. İşdən azad olunmasını qanunsuz hesab edən Bəşirov korrupsiya faktını sübuta yetirən səs yazısını çoxaldaraq Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevə və hüquq mühafizə orqanlarına ünvanlamaqla tələb olunan pulu vermədiyinə görə işdən çıxarıldığını əsaslandırıb.
“Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev məni qəbul edərək , yaranmış durumla maraqlandı. Dərhal işimə bərpa olundum. Bərdə rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsinin müdiri Zaur Bəylərov tutduğu vəzifədən avqustun 17-də azad olundu. Respublika Prokurorluğu Korrupsiyaya qarşı mübarizə İdarəsində şikayətim əsasında cinayət işi açılaraq araşdırma aparılmağa başlanılıb.”-Deyib Elxan Bəşirov.
Bildirildiyinə görə faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinda araşdırmalara başlanılıb. Avqustun 18- də adı çəkilən qurumun əməliyyat qrupu Zaur Bəylərovu saxlayıb. Əldə olunan məlumata görə sonradan onun haqqında həbs qətimkan tədbiri dəyişdirilərək evinə buraxılıb.
Onu da qeyd edək ki, Bərdə rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Şöbəsi Zaur Bəylərov haqqında KİV-lərdə davamlı olaraq tənqidi yazılar verilib. Bir müddət öncə insan öıümü ilə nəticələnən keçirdiyi ağır yol qəzasına görə layiq olduğu cəzadan qıraqda qaldığı vurğulanıb. Mütəmadi olaraq rayonun icra nümayəndələrindən, bələdiyyə sədrlərindən, idarə və müəssisə rəhbərlərindən pul yığmaqda ittiham olunub.