Cahangir Əliyev və şirkəti ABŞ-nin sanksiya siyahısındabackend

Cahangir Əliyev və şirkəti ABŞ-nin sanksiya siyahısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevə məxsus “Lahic Energy” MMC-yə sanksiya tətbiq edib.

Tribunainfo.az Xalq.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı sənədlərdə deyilir. Sənədlərdən məlum olub ki, ABŞ Rusiya ilə bağlı sanksiya siyahılarını genişləndirib. Sanksiya ümumilikdə 29 fiziki və 250-dən çox hüquqi şəxsə tətbiq edilib.
Sanksiyaya məruz qalanlar arasında Azərbaycan, Belçika, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya və Türkiyə şirkətləri də var. Sanksiya tətbiq olunan yeganə Azərbaycan şirkəti isə “Lahic Energy” MMC-dir. Onun rəhbəri Yevgeni Əliyev və oğlu Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev də sanksiyaya məruz qalanlar siyahısındadır.
Şirkət anti-Rusiya sanksiyalarından yayınmağa kömək etməkdə ittiham olunur. Sənəddə qeyd edilir ki, qara siyahıya düşən şirkətlər Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətini dəstəkləyən Rusiya iqtisadiyyatının sektorları ilə işləyir və ya işləyiblər.

Roman