“VƏTƏN BAĞI” BİRLİYİNDƏN TİA.AZ-A TƏBRİK MƏKTUBUbackend

“VƏTƏN BAĞI” BİRLİYİNDƏN TİA.AZ-A TƏBRİK MƏKTUBU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyini sədri Emin Tarverdiyev “Tribuna” İnformasiya Agentliyinin rəhbəri Əlişir Əhədə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Dünya və ölkə gündəmində baş verən hadisələrin qərəzsiz və operativ şəkildə oxuyucuya çatdırılması bütün KİV-in başlıca fəaliyyət prinsipi olmalıdır. “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin əsas informasiya dəstəkçilərindən olan “Tribuna” İnformasiya Agentliyi də bu prinsipi daim özündə qoruyub saxlayan müstəqil media qurumudur.

Əzizimiz Əlişir bəy!
Bu gün təsisçisi və baş redaktoru olduğunuz “Tribuna” İnformasiya Agentliyi 13 yaşını qeyd edir. Azərbaycan media məkanında özünün xüsusi imzası olan “Tribuna” İnformasiya Agentliyi (tia.az) bu gün həm də Qeyri Hökumət Təşkilatlarına informasiya dəstəyi verən ən öncül media qurumlarındandır. Fəaliyyətimiz qısa bir dönəmi əhatə etsə də, hər zaman Sizlərin dəstəyini hiss etmişik.
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi “Tribuna” İnformasiya Agentliyinin fəaliyyətini yüksək qiymətləndirir, 13 illik keşməkeşli bir yolda göstərdiyiniz xidmətin daimi olmasını arzulayır və gələcək fəaliyyətinizdə “Tribuna” İnformasiya Agentliyinə yalnız və yalnız uğurlar diləyir”.