Vartan Voskanyan: “İllərdir bizi inandırmağa çalışırlar ki…”backend

Vartan Voskanyan: “İllərdir bizi inandırmağa çalışırlar ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İllərdir bizi inandırmağa çalışırlar ki, düşmənlə dinc yanaşı yaşamaq mümkündür”.
Qaynarinfo xəbər verir ki, bu sözləri iranşünas Vartan Voskanyan nt.az saytına açıqlamasında deyib. O, bunun “əslində düşməni düzgün tanımamaqdan irəli gələn çaşqınlıq” olduğunu bildirib:
“Təəssüflər olsun, böyük itkilərdən sonra da biz bir millət və dövlət olaraq başa düşmək istəmirik ki, əcdadlarımızın müqəddəs torpaqlarımız olduğu bölgədə belə bir sülh və əmin amanlıq mühiti uzun müddətdə olmayıb, indi də yoxdur və yaxın gələcəkdə də mövcud olmayacaq.
Ona görə də hansısa ölü doğulmuş “sülh dövrünə” yox, düşmənlə qaçılmaz növbəti toqquşmaya hazırlaşmaq lazımdır və buna hazır olmaq, uğur qazanmaq üçün ilk addım həmin toqquşmanın qaçılmazlığını dərk etmək olmalıdır. Bu gün bizim hakimiyyət isə “güzəştə gedək, əvəzində sülh gələcək” qeyri-real fikirləri ilə xalqın zehniyyətinə təsir edir”.