Vaksinasiyadan keçənlərin bu günə olan statistikasıbackend

Vaksinasiyadan keçənlərin bu günə olan statistikası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59 268 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TİA.AZ-a verilən məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 270, ikinci mərhələ üzrə 34 998 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 430 450, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 442 484, ikinci mərhələ üzrə isə 2 987 966 nəfər təşkil edir