Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı

Ustanı döyən “Chrysler”in sahibinin cəzası azaldıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Camal Camalovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4- cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilib və Samir Səfərovun cəzası 3 ilə endirilib.

İttihama görə, hadisə ötən il Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Fitnes SPA” mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan Camal Camalov “Chrysler” mаrkаlı аvtоmоbilini usta kimi keyfiyyətsiz təmir etdiyinə görə zərərçəkmiş Dadaş Bəkirova (şərti) zəng edib, telefonda kobud formada iradını bildirib. Bu zaman onların arasında mübahisə yaranıb, bir-birini söyüb təhqir ediblər. Sonra o, yaranmış mübahisəni həll etmək üçün avtomobili ilə Dadaşın olduğu “Fitnes Spa” mərkəzinin qarşısına gəlib. Camaı maşında gəzdirdiyi taxta parçası ilə zərərçəkmişin sağ böyrünə bir dəfə qəsdən vurub. Eyni zamanda o, həmin taxta parçası ilə Dadaşın yanında olan şəxsin bel nahiyəsinə iki dəfə qəsdən vurub.

 

Hadisədən sonra Camal Camalov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.