ÜST-dən koronavirusla bağlı AÇIQLAMAbackend

ÜST-dən koronavirusla bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun heç vaxt yox olmayacağını açıqlayıb.

Tribunainfo.az istinadən bildirir ki, bunu ÜST-ın icraçı direktoru Mayk Rayan deyib. O, bunun yalnız nəticələri ilə məşğul olmağın mümkün olacağını vurğulayıb:

“Siz yalnız onun nəticələri ilə mübarizə apara bilərsiniz, çünki onun heyvanlardan insanlara ötürülmə üsulları virusu tamamilə aradan qaldırmağa imkan verməyəcək”.

Bir gün əvvəl ÜST-nin baş direktoru Tedros Qebreyesus təşkilatın pandemiya koronavirus infeksiyası statusunu ləğv etdiyini açıqlamışdı.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, COVID-19 pandemiyasının başlanmasından bəri dünyada 765,2 milyon Covid-ə yoluxma halı qeydə alınıb və 20 milyondan çox insan bu xəstəliyin öhdəsindən gələ bilməyib.