Uşaq oyuncaqları satan “Supertoys” görün nəyə görə cərimələndibackend

Uşaq oyuncaqları satan “Supertoys” görün nəyə görə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqlar üçün oyuncaqlar, beşiklər, yemək masaları və sair satışı ilə məşğul olan “Supertoys” mağazası ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən mağaza İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

İşə 10 iyul tarixində Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Nigar