Ürəyində heç zaman problem olmayıb – Hacı Şahinin köməkçisibackend

Ürəyində heç zaman problem olmayıb – Hacı Şahinin köməkçisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bü gün dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin dünən səhhətindəki narahatlıqla bağlı həkimə müraciət etdiyi bildirilir.
Qeyd olunur ki, döş qəfəsi nayihəsində yandırıcı ağrı ilə əlaqədar ilahiyyatçı özəl klinikalardan birinə müraciət edib. Lakin nədənsə həmin klinika Hacı Şahini kardioloji nəzarətə götürməyib.
Bəs, ilahiyyatçı hansı özəl klinikaya müraciət edib? Hansı müayinələrdən keçib və ona hansı müalicə təyin olunub?
Bu suallarla müraciət etdiyimiz Hacı Şahinin köməkçisi Qədir bəy Bakupost.az -a bildirib ki, əvvəllər ilahiyyatçının ürəyində heç bir problem olmayıb:
“Sadəcə, axşam ürəyi ağrıyıb. Həkimə müraciət edib və müayinə ediblər. Daha sonra evə gəlib. Səhər namaz vaxtı evdə halı pisləşib, yıxılıb və dünyasını dəyişib. Xəstəxanaya sürücüsü ilə gedib. Getdiyi xəstəxana haqqında məlumatım yoxdur. Dəqiqləşdirib məlumat verəcəm”.