Ukraynalı komandan: “Vaqner” Baxmutda tam olaraq darmadağın ediləcəkbackend

Ukraynalı komandan: “Vaqner” Baxmutda tam olaraq darmadağın ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynalılar Baxmutda “Vaqner”i praktiki olaraq məğlub etdilər. Ancaq çox keçmədən Priqojinin muzdluları son məğlubiyyətlə üzləşəcəklər.

Tribunainfo.az Unian-a istinadla xəbər verir ki, bunu telemarafonun efirində Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun komandanı Sergey Çerevatı deyib.

Onun proqnozuna görə, “Vaqner” Baxmutda tamamilə məhv ediləcək.
“Qoy onlar (Baxmutdakı işğalçılar – red.) daimi təhlükə hiss etsinlər. Ya indi, ya da bir az sonra onları mühasirəyə alacağıq, amma o qrup tamamilə məğlub olacaq”, – Çerevatı bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Baxmutun kənarında düşməni geri sıxışdırır. Bu arada Vaqner artıq bərpası mümkün olmayan itkilərə məruz qalıb.
“Artıq “Vaqner” əvəzolunmaz itkilər verib. Düşmən üzərində say üstünlüyümüz və mərmilərdə üstünlüyümüz olmamasına baxmayaraq, biz təlim və hərbi ixtiraçılıq sayəsində düşməni geri sıxışdırmağa çalışırıq və o, bunu başa düşür. Bunu onların bəyanatları da sübut edir… Əsas zərbələr harda olacaq, qoy düşünsünlər və narahat olsunlar. Biz onların niyyətlərini, qüvvələrini necə çəkdiklərini çox gözəl görürük, lakin onların hər biri üçün bizim həll yollarımız var”, – Çerevati əlavə edib.
Qeyd edək ki, dünən, mayın 20-də “Vaqner”in lideri Yevgeni Priqojin Baxmut şəhərinin tamamilə ələ keçirildiyini elan edib. Bu barədə bu gün RF Müdafiə Nazirliyi məlumat yayıb. Lakin Ukrayna Müdafiə Nazirliyi şəhərin itirilməsini təkzib edib. Müdafiə nazirinin sədr müavini Anna Malyar şəhərdə vəziyyətin kritik olduğunu və ağır döyüşlərin davam etdiyini vurğulayıb.
Yaponiyada keçirdiyi brifinq zamanı Ukrayna prezidenti Vladimir Zelenski də Ukrayna hərbçilərinin şəhərdə olduğunu qeyd edərək Baxmutun tutulmasını təkzib edib.
Axşam Ukrayna Müdafiə Nazirliyi elan edib ki, düşmənin Baxmutu tam nəzarət altına almaq üçün sərsəm cəhdlərinə baxmayaraq, müdafiəçilərimiz bəzi ərazilərdə irəliləyiblər. O cümlədən, ötən gün müdafiəçilərimiz 200 metrlik bölgədə irəli gediblər.