UKRAYNADA NÜVƏ PANİKASI: RUSİYA 18 ŞƏHƏRİ BOŞALTDIbackend

UKRAYNADA NÜVƏ PANİKASI: RUSİYA 18 ŞƏHƏRİ BOŞALTDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qəfildən Ukraynanın Zaporojjya Atom Elektrik Stansiyasının ətrafındakı 18 şəhəri boşaltmaq qərarına gəlib.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, sözügedən vəziyyət böyük çaxnaşma yaratsa da, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi vəziyyətin bölgədə iki ölkə arasında şiddətli toqquşmaların olduğunu vurğulayıb və bunun nüvə təhlükəsinə işarə etdiyini bildirib.

Ukrayna rəsmiləri bildiriblər ki, Rusiyanın Zaporojjya AES yaxınlığındakı şəhəri boşaltması böyük çaxnaşma yaradıb.

Kiyevə gözlənilən hücumdan əvvəl Rusiya ictimaiyyətdən Zaporojjya bölgəsindəki 18 yaşayış məntəqəsini, o cümlədən elektrik stansiyasının yaxınlığındakı Enerhodarı tərk etməyi xahiş edib. Melitopolun Ukrayna meri İvan Fedorov bildirib ki, minlərlə avtomobil yola düşərkən beş saatlıq növbələr yaranıb.

Bununla belə, Qrossi izah edib ki, stansiyanın reaktorları elektrik enerjisi istehsal etməsə də, onlar hələ də nüvə materialı ilə yüklənir.

Qrossi əlavə edib ki, bir neçə həftə əvvəl zavoda baş çəkərkən minalanmış sahədən keçməli olub.