UKRAYNA UĞURLU ƏKS-HÜCUM ÜÇÜN… HƏRBİ EKSPERTDƏN TƏKLİFbackend

UKRAYNA UĞURLU ƏKS-HÜCUM ÜÇÜN… HƏRBİ EKSPERTDƏN TƏKLİF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunlarının yaz əks-hücum kompaniyası ləngiyir. Uğurlu əks hücum üçün ilk növbədə Ukrayna tərəfi çətin bir vəzifə yerinə yetirilməlidir: Rusiyanın havada və dənizdə üstünlüklərini minimallaşdırmaq vacibdir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə çıxış edən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, bu məqsədlə ilk növbədə təmas xəttinin operativ dərinliyində yerləşən Rusiya aerodromları, maddi texniki təminat bazaları və idarəetmə məntəqələri sıradan çıxarılmalıdır:

“Dənizdəki raket daşıyan rus gəmilərinin yaratdığı təhdidlərə qarşı tədbirlər də görülməlidir.
Havada üstünlük əldə etmədən və yuxarıda göstərilən tədbirləri həyata keçirmədən əks hücumun başlanması və Ukrayna ordusunun rusların müdafiə zolağının dərinliyinə nüfuz etməsi həm çətin olacaq, həm də gözlənilən mümkün döyüş itkilərini artıracaq”.