Ukrayna Silahlı Qüvvələri Vışqorod şəhərini azad edibbackend

Ukrayna Silahlı Qüvvələri Vışqorod şəhərini azad edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Vışqorod şəhərinin rus qoşunlarından azad edildiyini elan edib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bilirilib ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir.

“Vışqorod artıq bizimdir, nəzarət altındadır. Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki gün sonra uğurlarımızı daha da inkişaf etdirəcəyik”, – Qruzeviç bildirib.

Baş Qərargah rəisinin müavini xəbərdarlıq edib ki, ilk növbədə raket zərbələrindən ehtiyatlı olmaq lazımdır.