Bu gün Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən 3 ATS vurulub.
Tribunainfo.az xəbər verir ki, bu barədə Bryansk qubernatoru Aleksandr Boqomaz Telegram kanalında məlumat verib.
“Ukrayna silahlı qüvvələrinin növbəti hücumu pilotsuz uçan aparat vasitəsilə həyata keçirilib. Pilotsuz təyyarə Bryansk şəhərinə yaxınlaşarkən Rusiya Federasiyası Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Xəsarət və dağıntı yoxdur. Hadisə yerində operativ xidmətlər işləyir”, – məlumatda qeyd olunub.
Daha bir pilotsuz təyyarə ilə bağlı məlumatı Rusiya Federasiyası Müdafiə Nazirliyi təsdiqləyib. Departamentin hesabatında bildirilir ki, Moskva vaxtı ilə saat 07:00 radələrində bölgəyə növbəti hücum cəhdinin qarşısı alınıb.
Bundan əvvəl bölgədə iki pilotsuz təyyarə vurulmuşdu. Heç kim xəsarət almayıb. Boqomazın sözlərinə görə, ATS fraqmentlərinin düşməsi nəticəsində Bryansk-1 vağzalının binasının şüşə hissəsi, vağzal yaxınlığındakı meydan və bir neçə vaqon qismən zədələnib.