“Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”backend

“Üçüncü Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2024-cü ildə ABŞ prezidenti postuna yenidən seçilməyim ölkəni Üçüncü Dünya müharibəsindən xilas edəcək”.

Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Ayova ştatında tərəfdaşlarının mitinqində çıxışı zamanı deyib.

“Mən sizin qarşınızda bunu vəd edə biləcək yeganə namizəd qismində dayanıram – mən Üçüncü Dünya müharibəsinin baş verməsinin qarşısını alacam, çünki bu müharibənin olacağına inanıram. Biz hazırkı administrasiya ilə Üçüncü Dünya müharibəsinə gəlib çıxacağıq, çünki onlar düzgün danışmağı, doğru siqnallar göndərməyi bilmirlər”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, Tramp daha əvvəlki açıqlamasında prezident seçiləcəyi təqdirdə Ukraynadakı müharibəni 24 saat ərzində həll edəcəyini vəd edib.

Qeyd edək ki, 76 yaşlı Tramp 2017-ci ildən 2021-ci ilə qədər ABŞ-yə rəhbərlik edib.