Türkiyəli professordan açıqlama: “Qırılma davam edə bilər, qayalığa getmək lazımdır”backend

Türkiyəli professordan açıqlama: “Qırılma davam edə bilər, qayalığa getmək lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən gecə Türkiyədə baş verən zəlzələdən sonra açıqlama verən professor Süleyman Pampal bildirib ki, bölgədə təhlükə hələ də davam edir.

Tribunainfo.az xəbrə verir ki, o, zəlzələnin gözlənilməz olmadığını, qırılma xəttinin 1000 kilometr uzandığını vurğulayıb.”Bu qırılma xətti Hatayın cənubunda Ölü dəniz xətti olaraq davam edir. Suriya, Livan və İsrail istiqamətində bir vaxtlar baş verən 8 bal gücündə zəlzələlərin qeydə alındığı həmin o qırılma xəttidir.

Xəttin sərhədlərimizin daxilində olan hissəsi isə hələ tam sınmayıb. Qırılma xətti yuxarıdan aşağı doğru gəlir. Qopmalar davam edə bilər. Düzənliklər zəlzələnin sürətini 3-4 dəfə artırır. Bu zaman onun dağıdıcı gücü də artır. Düzənlikdən qayalıq yerə getmək lazımdır”.