Türkiyədə seçki prosesi BAŞLADIbackend

Türkiyədə seçki prosesi BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkiləri ilə bağlı prosesə start verilir. 

Bu gün ölkə xaricindəki seçki məntəqələri müəyyən ediləcək.

Prezidentliyə namizədlik üçün ərizələrin qəbulu martın 19-dan başlayacaq. Partiyalar martın 23-dək prezident postuna namizəd irəli sürə bilərlər. Seçicilər tərəfindən namizəd irəli sürmək üçün 100.000 imza lazımdır. İmzalar martın 22-27-də dairə seçki komissiyalarında toplanacaq.

Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də Rəsmi Qəzetdə dərc olunacaq və bundan sonra təbliğat-təşviqat kampaniyası başlayacaq.

Siyasi partiyalar martın 24-dək ittifaq protokollarını təqdim etməlidir. Deputatlığa namizədlərin yekun siyahısı isə aprelin 19-da açıqlanacaq.