Türkiyədə güclü zəlzələ baş verib: 22 nəfər xəsarət alıb – VİDEObackend

Türkiyədə güclü zəlzələ baş verib: 22 nəfər xəsarət alıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında yazıb:

“Düzce vilayətində 22 yaralımız var. Onlardan biri hündürlükdən tullanıb, ağır vəziyyətdədir. Düzceyə lazımi sayda təcili yardım və mütəxəssis göndərilib”.

Türkiyə rəsmilərinin məlumatına görə, zəlzələ nəticəsində tələfat yoxdur.
Düzcedə bir çox evdə çatlar əmələ gəlib, qismən dağıntılar var.