Türkiyədə 100 min imza toplayaraq prezidentliyə namizəd olacaq 11 şəxs – SİYAHIbackend

Türkiyədə 100 min imza toplayaraq prezidentliyə namizəd olacaq 11 şəxs – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ali Seçki Şurası Muharrem İncə, Sinan Oğan, Fatih Ərbakan və Doğu Perinçekin də olduğu 11 namizədin seçicilər tərəfindən prezidentliyə namizəd kimi irəli sürülə biləcəyinə qərar verib.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən şəxslər 22-27 mart tarixləri arasında 100 min imza toplayaraq seçkiyə girə biləcəklər.

Ali Seçki Şurası (YSK) 14 may 2023-cü ildə birgə keçiriləcək Prezident seçkilərində və 28-ci Dönəm Parlament Seçkilərində seçicilər tərəfindən irəli sürülən Prezidentliyə namizədlərlə bağlı qərarını verib.

 

YSK-nın qərarına əsasən seçicilər tərəfindən 11 namizəd prezidentliyə namizəd irəli sürə bilər. Bunun üçün namizədlər 100 min imza toplamalıdırlar. Namizədləri seçmək üçün seçicilər martın 22-dən 27-dək saat 08:00-dan 20:00-dək müvafiq Dairə Seçki Şurasına yaxınlaşaraq namizədləri imzalaya biləcəklər.
Seçicilər yalnız bir dəfə namizədlərini seçə biləcəklər.
Qeyd edək ki, prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də Rəsmi Qəzetdə dərc olunacaq və prezident seçkilərinin təbliğat dövrü başlayacaq.
Prezidentliyə yeni namizəd olacaq həmin 11 şəxsi təqdim edirik:
1.Davut Turan
2.Doğu Perinçek
3.Erkan Trükten
4.Halil Murat Ünver
5.Hilmi Özden
6.İrfan Uzun
7.Muhammed Ali Fatih Erbakan
8.Muharrem İnce
9.Sinan Oğançek
10.Erkan Oğan
11.Yakup Türkal