Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında əcnəbilərin ölkə vətəndaşlığı ala bilməsi üçün lazım olan daşınmaz əmlakın dəyərinin artırılması məsələsi müzakirə edilib.
Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla Türkiyədə vətəndaşlıq almaq üçün əmlak dəyəri 1 milyon dollardan 250 min dollara endirilmişdi.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən bu günə kimi Türkiyədən 5000-ə yaxın əcnəbi vətəndaş daşınmaz əmlak əldə edib. (Trend)