Martın 15-16-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya üzrə görüş keçiriləcək.
Tribunainfo.az “GazeteDuvar”a istinadən xəbər verir ki, martın 15-16-da keçiriləcək görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar rəhbərlik edəcək.
İclasda Rusiyanı təmsil edən Prezident Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov, İranı təmsil edən xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və xarici işlər nazirinin müavini Eymen Susan iştirak edəcək.