TÜRKİYƏ MÜXALİFƏTİNDƏ QALMAQAL: AKŞENER “YETƏR” DEYƏ BAĞIRDI…backend

TÜRKİYƏ MÜXALİFƏTİNDƏ QALMAQAL: AKŞENER “YETƏR” DEYƏ BAĞIRDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist İsmail Saymaz böhranın aradan qaldırıldığı Millət Alyansının toplantısında gərgin anlar yaşandığı barədə məlumatı çatdırıb. İddiaya görə, DEVA lideri Babacan ilə mübahisə edən Akşener “Yetər” deyərək qışqırıb.

Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Böyükşəhər Bələdiyyə Başçıları Əkrəm İmamoğlu və Mansur Yavaşın vitse-prezident təyin ediləcəyi vədi ilə aradan qaldırılan Altılı Masadakı “sülh” yığıncağında son anda yeni böhranın qarşısının alındığı iddia edilib.

“Hal Tv”nin yazarı İsmail Saymaz görüşlə bağlı əldə etdiyi məlumatlarla bağlı yazısında İYİ Partiya sədri Meral Akşenerlə DEVA sədri Əli Babacan arasında qızğın mübahisənin olduğunu bildirib.

Səadət Partiyasının başqanı Temel Karamollaoğlu dünən partiyasının mərkəzi binası qarşısında Kamal Kılıçdaroğlunun prezidentliyə namizədliyini açıqlayarkən bütün gözlər Meral Akşenerdə idi.

Akşener qaşqabaqlı idi.

O, nəsə pıçıldayırdı.

Açıqlamadan sonra prezidentlər şam yeməyinə gedərkən Akşener iştirak etməyib və gedib.