TÜRK LİRƏSİ 6 AYDA 12 FAİZ DƏYƏR İTİRƏCƏK – “REUTERS” SORĞUSUbackend

TÜRK LİRƏSİ 6 AYDA 12 FAİZ DƏYƏR İTİRƏCƏK – “REUTERS” SORĞUSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Reuters”in 150 ekspert arasında keçirdiyi sorğuya əsasən, türk lirəsinin 6 ay ərzində dollar qarşısında 12 faiz dəyər itirəcəyi gözlənilir.

Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Reuters agentliyinin beynəlxalq məzənnə analitikləri ilə apardığı sorğu nəticəsində məlum olub ki, 6 ayda türk lirəsinin dollar qarşısında 12 faiz dəyər itirəcəyi gözlənilir.

İnkişaf etməkdə olan ölkələrin valyutaları arasında ötən il ən çox dəyər itirən valyutanın türk lirəsi olduğunu xatırladan agentlik, qarşıdakı 6 ayda dollar/TL məzənnəsinin 21,68 olacağı gözlənildiyini yazıb.