“TRENDYOL”DAN KARQO ŞİRKƏTLƏRİNİ MƏHV EDƏCƏK YENİLİK…backend

“TRENDYOL”DAN KARQO ŞİRKƏTLƏRİNİ MƏHV EDƏCƏK YENİLİK…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Terdnyol”un Azərbaycan istifadəçiləri üçün başlatdığı yenilik karqo şirkətlərinin bağlanmasına səbəb olacaq.

Tribunainfo.az xəbər verir ki, bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol” azərbaycanlı istifadəçilər üçün yeni seçim imkanı təklif edir. İstifadəçilərə “sifarişlərini artıq Azərbaycan adresində təslim ala bilərsən” seçimi verilir.

Vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək sifarişi “Trendyol” saytından izləyə bilər. Ünvan olaraq da karqo şirkətinin deyil, öz ev ünvanlarını qeyd etmək kifayət edir. Bununla da Türkiyədən sifariş edilən məhsulu qapınıza elə “Terndyol”un özü təslim ediləcək.

Yenilik karqo şirkətlərinin bağlanmasına və zamanla sıradan çıxmasına səbəb olacaq. Bununla həmçinin sifarişçilər karqoya ödəməli olduğu əlavə çatdırma haqqından da azad olmuş olacaqlar.