ABŞ Maliyyə Nazirliyi İranın bəzi fiziki və qurumlarına qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, həmin sanksiyalar İranın neft satışını əngəlləmək məqsədi daşıyır.
Məlumata görə, bu sanksiyalar bir Çin vətəndaşı, 13 şirkət və 8 İranla əlaqəli şirkətə tətbiq edilib. Sanksiyaya əsasən bir çox ölkələrin bayraqları altında üzən, lakin İran nefti daşıyan gəmiləri əhatə edəcək.