backend

Tramp BMT-yə qarşı çıxdı və İsrailə söz verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın yeni prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailin Fələstin torpaqlarında apardığı inşaata dərhal son qoyması haqqında çıxartdığı qətnaməyə münasibət bildirib. ABŞ-ın yeni prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailin Fələstin torpaqlarında apardığı inşaata dərhal son qoyması haqqında çıxartdığı qətnaməyə münasibət bildirib.

TİA.AZ xəbər verir ki, Tramp “Twitter” hesabında “hər şey 20 yanvardan sonra fərqli olacaq” yazıb.

O, hələ sözügedən qətnamənin səsverməyə qoyulması zamanı veto çağırışı etmişdi.

“İsrail və fələstinlilər arasındakı sülh tərəflərin birbaşa görüşməsi ilə əldə olunacaq, BMT-nin qətnamələri ilə yox. Bu, İsraili müzakirələrdə çox pis vəziyyətə salır və bütün israillilərə haqsız damğası vurur”, – deyə o bildirib.