TİFLİS KÜÇƏLƏRİ SAKİTLƏŞMƏYƏCƏK… “İKİNCİ CƏBHƏ” AÇILACAQ?backend

TİFLİS KÜÇƏLƏRİ SAKİTLƏŞMƏYƏCƏK… “İKİNCİ CƏBHƏ” AÇILACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrakli Qaribaşvili bəyan edib ki, Gürcüstanda Rusiya üçün “ikinci cəbhə” açılmasına və Rusiya-Ukrayna müharibəsinə qoşulmağa imkan verməyəcəklər. Bu, son aksiyalar və mümkün inqilab təhlükəsi fonunda gürcü xalqının dəstəyini qazanmağa hesablanmış “bizi devirsələr, Gürcüstanı müharibəyə qoşacaqlar” mesajı da ola bilər.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Asif Nərimanlı çıxış edib. O bildirib ki, “ikinci cəbhəyə imkan verməyəcəyik” açıqlaması Rusiya-Qərb qarşıdurmasında rəsmi Tiflisin tərəfini elan etməsi, Qərbə qarşı açıq mübarizə çağırışıdır:

“Və belə görünür ki, qonşumuzda küçədən keçəcək uzunmüddətli mübarizə mərhələsi başlayacaq”.