Tərtərdə minaya düşən gəncin vəziyyəti açıqlandıbackend

Tərtərdə minaya düşən gəncin vəziyyəti açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunda minaya düşən Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadənin vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, iki gün əvvəl minaya düşmə səbəbi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 2001-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

Qeyd edək ki, H. Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasını bitirib. 90 baldan yuxarı fərqlənmə diplomu ilə məzun olan gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.