İşdən çıxarılan tibb işçisi TƏBİB-i və Bakı Baş Səhiyyə Mərkəzini məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, Zümrüt Xəlilova Şixi qızı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Bakı Baş Səhiyyə Mərkəzi ilə bağlı məhkəmədə iddia qaldırıb.
Z.Xəlilova işə bərpa edilməsini və əmək haqqının verilməsini tələb edir. İşə Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılacaq.
Tərəflər arasında ilk iclas 31 oktyabr tarixində baş tutacaq.