SÜRÜCÜLÜK VƏSİQƏSİZ MAŞIN SÜRÜB İKİ NƏFƏRİ ÖLDÜRDÜ… AİLƏ ÖLƏNLƏRİN QANINI BATIRMAQ İSTƏYİRbackend

SÜRÜCÜLÜK VƏSİQƏSİZ MAŞIN SÜRÜB İKİ NƏFƏRİ ÖLDÜRDÜ… AİLƏ ÖLƏNLƏRİN QANINI BATIRMAQ İSTƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sürücülük vəsiqəsi olmadan sərnişin daşıyan və qəza törədərək iki nəfərin ölümünə səbəb olan şəxsə bağlı sosial şəbəkədə hüquqşünaslara verilən sual dəhşətə gətirib.

Tribunainfo.az xəbər verir ki, sözügedən qəzada atasını itirən Şəfəq Muradzadə üzləşdikləri dəhşətli faktla bağlı sosial şəbəkədə hüquqşünaslara sual ünvanlayıb. O bildirib ki, 23 yaşlı taksi sürücüsü iki nəfərin ölümünə səbəb olsa da, alacağı cəzadan canını qurtarmaq istəyir:

“Yol qəzasında sürücünün səhvi ucbatından, öz sərnişini və toqquşduğu digər maşındakı sərnişin həlak olub. Həmin sürücü deyilənə görə 263.3 maddəsiylə təqsirli bilinəcək. Lakin öz maşınında həlak olan şəxsin valideyinləri şikayətçi deyil. Barışıq əldə olunub. Lakin digər maşındakı həlak olan sərnişinin ailəsi şikayətçidir. Bu halda həmin sürücünün cəzası nə qədər olar?

Qeyd edim ki, təqsirli sürücünün sürücülük vəsiqəsi yoxdur, sürət həddi 180 olub və toqquşma zamani 153-ə endirib sürət həddini. Əgər az cəza alarsa, pul verib canını qutara bilərmi? Həlak olan şəxs mənim atamdır. Həmin sürücünün atası bizə hadisədən 25 gün sonra, biz xəbər göndərəndəm sonra gəlib deyir ki, “bir səhvdi olub da”. Qətiyyən peşman deyillər. Bununla da oğlunun canın qurtarmaq istiyir. Hətta oğlanın yaxın qohumu bizdə etiraf etdiki “maşın sürə bilmirdi, atası bir aydı maşın vermişdi, həmin gün də qəza törədib. Fikirləri atamın qanını batırıb, 23 yaşlı oğlanlarının canını qurtarmaqdır”.