Süni intellekt ekologiyaya fəlakət gətirə bilər

Süni intellekt ekologiyaya fəlakət gətirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elmi araşdırmalar süni intellektin ekologiyaya potensial olaraq fəlakətli təsir göstərə biləcəyini müəyyən edib. Tribunainfo.az xəbər verir ki, bu barədə “Nature Computional Science” məlumat yayıb.

Mütəxəssislər qeyd edirlər ki, süni intellektin aktiv istifadəsi kompüterlərin sürətlə köhnəlməsinə gətirib çıxara bilər ki, bu da təbii olaraq onları daim yenilənməyə məcbur edəcək və bu da elektron tullantıların miqdarını artıracaq. Elmi proqnozlara görə, 2023-2030-cu illərdə elektron tullantıların miqdarı beş milyon tona çata bilər. Bu, planetdəki hər kəsin smartfonunu atmasına bərabərdir.

Jurnal qeyd edir ki, insanlar hələ də bu problemə lazımi diqqət yetirmirlər. “Lakin 2023-cü ildə elektron tullantıların miqdarı 2,6 min ton olub. Bu problemi həll etmək üçün ekoloqlar avadanlıq istehsalçılarına və süni intellekt operatorlarına elektron komponentlərin təkrar istifadəsini təmin edəcək xüsusi strategiya hazırlamağı təklif edirlər. Cihazların az istifadə edilməsi süni intellektlə əlaqəli tullantıları 86 faizə qədər azalda bilər”.