Sumqayıtda İntellektual yarışa qeydiyyat aparılır: qaliblər mükafatlandırılacaqlarbackend

Sumqayıtda İntellektual yarışa qeydiyyat aparılır: qaliblər mükafatlandırılacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“HedaCore” İOK-un təşkilatçılığı ilə növbəti intellektual yarış 7 iyun 16:00-da Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində keçiriləcəkdir. İştirakçıları gərgin və maraqlı oyun gözləyir. Gənclərin İnkişaf və Karyera Mərkəzi, Kibrit Kitab Klubu, Sumqayıt Tarix Muzeyi və KompasX mağazalar şəbəkəsi yarışa öz dəstəklərini göstərməklə qürur duyurlar. Qalib komanda 100 manat əldə edəcəkdir. Yaş məhdudiyyəti yoxdur və giriş haqqı hər komanda üçün 20 manat təşkil edir. Komanda minimum 3, maksimum 6 nəfərdən ibarət ola bilər. Komandası olmayan iştirakçılar fərdi qeydiyyat linkindən qeydiyyatdan keçərək yeni yaradılan komandalara əlavə olunacaqlar. Elə isə tələsin yerlər məhduddur.
Tarix: 07.06.2024
Məkan: Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzi, 4-cü mərtəbə
️Giriş haqqı: hər komanda üçün 20 AZN
❗Qeydiyyat 6 iyun 12:00-a qədər açıqdır.