Sumqayıtda avtobuslar niyə gecikir?backend

Sumqayıtda avtobuslar niyə gecikir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sumqayıtda qarlı hava şəraiti bir sıra çətinliklər yaradıb.
Hazırda dayanacaqlarda avtobus gözləyən çox sayda sərnişin  yolda qalıb.
Sərnişindaşıma ilə məşğul olan avtobusların intervalında gecikmələr müşahidə olunur. Bəzi avtobuslar isə xəttə buraxılmayıb. Şəhər sakinlərinin Xeberle.com-a verdiyi məlumata görə, Sumqayıtın əsas avtobus xətti olan 7 nömrənin qrafikində çox gecikmələr olur. Bu bəzən 1 saatı da belə keçir. Eyni zamanda, 30 nömrəli avtobus xəttindədə gecikmələr müşahidə edilir. Şəhərin digər avtobus xətləri isə ümumiyyətlə fəaliyyətini dayandırıb.
Gedəcəkləri ünvana vaxtında çata bilməyən şəhər sakinləri aidiyyatı qurumlardan kömək istəyir.
Sumqayıtda intensiv yağan qardan sonra yolların çoxu hələlik təmizlənməyib. Xeberle.coma-a danışan sakinlər qarlı günləri və ondan sonrakı durumu təsvir edərkən yolda “sürüşə-sürüşə” getdiklərini deyiblər. Bir çox yolların vaxtında qardan təmizlənməməsi səbəbindən bu gün bəzi ərazilərdə həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinliklər yaranıb. Sumqayıtdan dəfələrlə böyük olan Bakıda yollarda təmizlənsə də, təəssüf ki Sumqayıtda təmizlik işləri aparılmayıb.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. Qurumdan Xeberle.com-a verilən məlumata görə, Sumqayıt şəhərindəki bütün marşrut xətləri məhdud sayda olsa da avtobuslarla təmin edilib:
“Ölkə ərazisində müşahidə edilən hava şəraiti ilə əlaqədar ictimai nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb, yaranan problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həll edilir. Sumqayıt şəhərindəki bütün marşrut xətləri məhdud sayda olsa da avtobuslarla təmin edilib. Yollar müvafiq qurumlar tərəfindən qardan təmizləndikcə avtobusların xəttə buraxılması da təmin edilib. Hazırda şəhərin bütün istiqamətlərində avtobuslar fasiləsiz hərəkət edir”.