Sultan Süleymanın portreti İngiltərədə rekord qiymətə satıldıbackend

Sultan Süleymanın portreti İngiltərədə rekord qiymətə satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonun Sotbis auksion evi italyan rəssam Centile Bellininin şagirdinin çəkdiyi Qanuni Sultan Süleymanın portretini 5 milyon 323 min 500 funt sterlinqə satıldığını bəyan edib.

Avropa.info xəbər verir ki, portret 311 şəkildən ibarət “İslam dünyası incəsənəti” kolleksiyasına daxildir.

Portret 1520-ci ildə Venesiyada Sultan Süleymanın taxta çıxdığı dövrdə çəkilib. Rəssam portreti Osmanlı sarayına giriş hüququ olan avropalı diplomatların danışdıqları əsasında çəkib.

Portretin ilkin qiyməti 250 mindən 350 min funt-sterlinqəcən dəyişib.

Sotbis auksion evinin Yaxın Şərq və İslam incəsənəti üzəri mütəxəssisi Aleksandra Roy Sultan Süleymanın portretinin kolleksiyada təmsil olunan ən qiymətli əsər olduğunu deyib.