Sülməramlılarla bağlı danışıqların tarixi AÇIQLANDI

Sülməramlılarla bağlı danışıqların tarixi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Azərbaycan Qarabağda Rusiya sülhməramlı qoşunları ilə bağlı danışıqların növbəti raundunun tarixini razılaşdırıblar. Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib.

“İndi Azərbaycanın Xarici İşlər Nazirliyində Rusiyanın Qarabağdakı sülhməramlı qoşunları ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun müddəti razılaşdırılır”, – deyə o, onların Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.

Yevdokimov qeyd edib ki, Bakı regiona bütün nəzarəti bərpa etdikdən sonra sülhməramlı qoşunların rolu dəyişib. “Hazırda antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni strukturları mühafizə edir”, – diplomat qeyd edib.