“Stimul Hospital” klinikası anamı öldürdü  – Tanınmış jurnalist AÇIQLADIbackend

“Stimul Hospital” klinikası anamı öldürdü – Tanınmış jurnalist AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Stimul Hospital”ın  cəlladları anamı öldürdülər!!!
Dünən, bu gün heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib.

Tribunainfo.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu yazıb. O bildirib ki, klinikanın tibb bacısı Mələk Abbasova yoxlamadan etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil:

“Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimaisya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib”.