Son günlərin əsas mövzusu Toral Bayramovun “Qalatasaray”a keçmə ehtimalının olmasıdır.
Offsideplus.az-a məsələ ilə bağlı məlumat daxil olub. “Qarabağ” müdafiəçini hazırda satmağı düşünmür. “Köhlən atlar” futbolçunu yaya kimi komandada saxlamaq istəyir.
Ümumiyyətlə, isə Toralın “Qalatasaray”a keçməyə müzakirə mövzusu deyil. Millimizin üzvü karyerasını Avropada davam etdirmək niyyətindədir. Futbolçunun agenti yayda bu məsələ ilə bağlı klubla danışıqlar aparacaq.
Qeyd edək ki, 23 yaşlı oyunçunun Ağdam təmsilçisi ilə 2026-cı ilə qədər müqaviləsi var.