Gürcüstanda prezident seçkilərinin tarixi açıqlandı

Gürcüstanda prezident seçkilərinin tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

Tribunainfo.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı parlamentin spikeri Şalva Papuaşvili açıqlayıb.

O bildirib ki, yeni prezidentin inauqurasiya mərasimi isə dekabrın 29-da baş tutacaq.

Xatırladaq ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti bu payız başa çatır.

Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.

72 yaşlı S.Zurabişvili daha əvvəl açıqlamasında ikinci müddətə prezident seçilmək niyyətində olduğunu bildirmişdi.