Baxmutun işğalına cavab olaraq Ukrayna Rusiyanın Belqorod şəhərində diversiya-kəşfiyyat hücumu təşkil edib. Tribunainfo.az-ın xarici siyasət şöbəsi yazır ki, bu əməliyyat məhz Baxmuta görə atılmış adekvat addımdır. Rusiya vətəndaşlarından ibarət kəşfiyyat qrupu tank və zirehli texnika ilə Belqoroda daxil olub, atışmalar gedib, şəhərdə mülki əhalinin təxliyyəsi başlanıb, antiterror qərarı verilib, ardınca FTX-nın binasında partlayış olub. Kreml sözçüsü Peskov da bu hücumu Baxmutla əlaqələndirib. Onun sözlərinə görə, məqsəd diqqəti yayındırmaqdır. Görünür ki, Ukrayna müharibəni Rusiyaya ərazisinə keçirir və vaxtaşırı diversiya aktları ilə işğalçı ölkəni çaşqın vəziyyətə salmaq istəyir. Peskov bildirib ki, Belqorod hücumu haqda Putinə məruzə edilib. Rusuya şəhərinə hücumu könüllü bir hərəkat həyata keçirib. Bu, Moskvaya siqnaldır ki, Ukraynada gedən müharibənin miqyası hüdudları aşır və Rusiyaya keçəcək. Artıq Kreml ayıq-sayıq olmalıdır ki, hər an onun şəhərlərinə zərbələr endirilə bilər. Kreml qülləsinə dronla hücum da buna sübutdur. Deməli, ukraynalı partizanlar Rusiya şəhərlərində tez-tez başağrısı olacaqlar. Müharibə indi başlayır, yoldaş Putin…
Analitik şöbə