Fevralın 1-də ölkənin ikinci böyük həmkarlar ittifaqı tərəfindən çağırılan təhlükəsizlik xidməti işçilərinin tətili səbəbindən Berlin hava limanından bütün reyslər ləğv ediləcək. Tribunainfo.az xəbər verir ki, bu barədə hava limanının məlumatında deyilir.
Həmkarlar İttifaqı hava limanı işçilərinin maaşlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Bundan əlavə, hava limanından bildirilib ki, tətil gələn reyslərə də təsir edə bilər. Onlarla bağlı qərarları aviaşirkətlər verəcək.
Berlin hava limanı vasitəsilə ümumilikdə 170-ə yaxın reys həyata keçirilməli, bu müddət ərzində 50 minə yaxın sərnişin daşınmalı idi.