“Şollerin arxivi” Hollivudda qələbə qazandıbackend

“Şollerin arxivi” Hollivudda qələbə qazandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda istehsal edilmiş “Şollerin arxivi” bədii filmi ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Hollivud Kino Mərkəzində keçirilən Qlobal Qeyri-Zorakı Film Festivalının qaliblərindən olub.

TİA.AZ xəbər verir ki, Qlobal Şiddətsiz Film Festivalının münsiflər heyəti festivalda qalib gələn filmlərin adını açıqlayıb. Şollerin arxivi” filmi “Ən yaxşı mövzu” nominasiyası üzrə mükafata layiq görülüb.

Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov saytımıza açıqlamasında məlumat verib: “Mükafatın təqdimat videosu festivalın “Vimeo TV” telekanalına yüklənəcək. Festivalda 11 gün ərzində nümayiş etdirilmiş 32 filmin video-təqdimatı da sonsuza qədər telekanalın arxivində qalacaq. Bəzi tammetrajlı filmlərin videosu isə kinorejissorlarla saziş əsasında oktyabrın 2-də günün sonunda telekanalda göstəriləcək. “Şollerin arxivi”nin bugünkü təqdimatı barədə məlumat festivalın saytında da yerləşdirilib”.

Qeyd edək ki, “Şollerin arxivi” bədii filmi son aylar beynəlxalq festivallarda xeyli uğur qazanıb.

Film almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib.

“Şollerin arxivi” bədii filmi Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir. Film dünyanın ən nüfuzlu festivallarında uğur qazanıb və 135 festivala təqdim olunub. İlin sonuna qədər beynəlxalq festivallarda nümayiş olunacaq.