İstanbulda yaşayan təqaüdçü polis məmuru Cengiz Bədir (54) boşanma prosesində olan və itkin düşdüyü üçün axtarışda olan həyat yoldaşı Zeynep Bədiri (45) və oğulları Tarık Bədiri (26) tapança ilə qətlə yetirib. Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, sonra onları Kırklarelidəki tarlasında basdırıb. Qətllərdən sonra nəzarətə alınan Bedir onlara yeri göstərdikdən sonra tarlaya basdırılan ana və oğlunun cansız cəsədləri tapılıb.