Sinan Oğandan prezident seçkiləri ilə bağlı VACİB AÇIQLAMAbackend

Sinan Oğandan prezident seçkiləri ilə bağlı VACİB AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident seçkilərinin ilk turunda 5,2 faiz səslə üçüncü olan Ata İttifaqının namizədi Sinan Oğan “CNN”ə danışıb.

Tribunainfo.az xəbər verir ki, ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan “CNN”ə ikinci turda hansı namizədi dəstəkləyəcəyi ilə bağlı suallara cavab verib.

CNN-in müxbiri Becky Andersonun qonağı olan Sinan Oğan şərtlərinin terrorla mübarizə və sığınacaq axtaranların geri qayıtması olduğunu ifadə edərək “Mən kürd düşməni deyiləm, terror əleyhinəyəm” deyib.
Sinan Oğan prezident seçkilərinin ikinci turunda hansı namizədi dəstəkləyəcəyi ilə bağlı suala “Məsləhətləşmələrimiz bir-iki gün davam edəcək. Məsləhətləşdikdən sonra qərar verəcəyik. Seçimim Ərdoğan ola bilər, Kılıçdaroğlu ola bilər. Hazırda dəqiq qərarımız yoxdur”, – deyə o, cavab verib.